Unknown

Nar

https://mir-ay.blogspot.com/2018/02/Nar.html


Narin vətəni Azərbaycandır. Elmi adı «Punika qranatum»dur. Bu ad iki latın sözünün birləşməsindən əmələ gəlmişdir. «Punika»- tund qırmızı və ya parlaq qırmızı, «Qranatus» isə dənə deməkdir.

Narda qida maddələri o qədər də çox deyildir. Lakin narın tərkibində bədən üçün faydalı maddələr vardır. Bağırsaqların daxili divarlarını təmizlədiyi üçün narı tumlu yemək məsləhətdir.

Müqəddəs «Quranı-Kərim» də nar təriflənmişdir. O, turş, şirin və mələs olur. Şirin və mələs nar ağ ciyər, mədə və qara çiyər xəstəliklərinə kömək edir. Şirin nar şirəsinə şəkər və nişasta qataraq sinə tutulması və öskürək əleyhinə işlədirldər. Bu dalaq üçün də xeyirlidir.


Nar əsəb üçün xeyirlidir. Hamilə qadınlar üçün tövsiyyə edilir. O həmçinin qan yaratmaq, həm də qanı saylaşdırmaq xüsusiyyətlərinə malikdir.


Nar qışın altin meyvəsidir. O həm orqanizmin immunitetini artırır, onu təmizləyir, həm də yağları yandırır. şəkərli diabet xəstələri üçün də nar faydalıdır. Çünki nar qanda şəkərin miqdarını tənzimləyir, ürək və damar xəstəliklərindən qoruyur.
Azərbaycanda məlum olduğu kimi,qədimlərdən nar meyvəsindən nar suyu və cır narın şirəsindən isə qəndlə qarışdırılıb narşərab hazırlanır.
https://mir-ay.blogspot.com/2018/02/Nar.html

https://mir-ay.blogspot.com/2018/02/Nar.html

https://mir-ay.blogspot.com/2018/02/Nar.html

ƏTRAFLI
Unknown

Zeytin Dalı Harekatı

Zeytin Dalı HarekâtıAfrin Operasyonu veya Afrin Harekâtı, 20 Ocak 2018'de Türk Silahlı Kuvvetleri (TSK) ve TSK tarafından eğitilmiş Özgür Suriye Ordusu (ÖSO) grupları tarafından Suriye'nin Halep ilinin Afrin kentine yönelik başlattığı askerî harekâtTürkiye hükûmeti; harekâtın amacının ülkenin varlığına tehdit olarak gördüğü ve terör örgütü olarak tanımladığı PKKKCKPYD-YPG ve Irak ve Şam İslam Devleti'ni (IŞİD) bölgeden uzaklaştırmak, sınır hattının ve bölgedeki halkın güvenliğini sağlamak ve kontrol altına almak olduğunu bildirdi. Türkiye Cumhurbaşkanı Recep Tayyip Erdoğan Afrin'e yönelik harekât sonrasındaki hedefin Menbiç olduğunu açıkladı.





ƏTRAFLI
Unknown

Ayda su ehtiyatı tapılıb

ABŞ-ın Boulder şəhərində yerləşən Kosmik Tədqiqatlar İnstitutunun alimləri müəyyən ediblər ki, Ayda su təkcə qütb regionları deyil, peykin bütün səthində yayılıb.
 Nature Geoscience-də dərc olunmuş tədqiqata istinadən NASA məlumat yayıb.
Alimlər iki orbital zondun məlumatlarını təhlil edib belə nəticəyə gəliblər. NASA-da güman edirlər ki, bu nəticələr Aydakı sudan resurs kimi istifadənin mümkün olub-olmadığını anlamağa kömək edəcəklər. Əgər o, asan çıxarıla biləndirsə, o zaman Ayda məskunlaşacaq insanlar həmin sudan maye kimi istifadə edə, həmçinin oksigen hazırlaya biləcəklər.
“Məlum olub ki, Ayın bütün səthində su izləri var və onun mövcudluğu ay qruntunun tərkibindən asılı deyil”, - deyə, tədqiqatın həmüəllifi Coşua Bandfild bildirib.

ƏTRAFLI
Unknown

Yuxulara inanirsinizmi ? ( Test )





1.Münəccimlərə və uzaqgörənlərə inanırsımzmı?
a) bəli-2
b) xeyr-1
c) hərdən olur-3

2.Orta məktəbdə oxuyarkən dərslərə tez-tez gecikirdiniz?
a) bəli-3
b) xeyr-1
c) gecikməyi ümumiyyətlə, xoşlamıram-2

3. Yatmaq yerini və otağı dəyişərkən sizə yatmaq çətin olur?
a) bəli-3
b) xeyr-1
c) şəraitdən asılıdır-2

4. Şəxisi həyatmızdan tez-tez şikayətlənirsinizmi?
a) bəli-3
b) xeyr-1
c) bu mənim üçün artıq problemə çevrilib-2

5.Gecələr televizora baxmağı xoşlayırsınızmı?
a) bəli-1
b) xeyr-2
c) hərdən olur-3

6. Hər bir ciddi işi görməmişdən əwəl kiminləsə məsləhədləşirsinizmi?
a) bəli-1
b) xeyr-3
c) mən heç vaxt, heç kəslə məsləhətləşmirəm-2




15 xal və ondan yuxarı:
Sizin yuxulara münasibətiniz çox qəribədir. Öncə onu deyək ki, yuxulara əksər hallarda inanırsmız. Özünüz də, tez-tez yuxular göıürsünüz. Sizin xarakteriniz və əhvahnız gördüyünüz yuxularla bağlı pozulmağa çox həssasdır. Belə ki
, siz bəd yuxular görəndə, özünüzü çox pis hiss edirsiniz. Yuxulann həqiqiliyi və oniann mahiyyəti ilə maraqlanırsinız.


10-14 xallar:
Siz yuxulara fantastik dərəcədə inanırsinız. Yuxulara münasibət və onlan təhlil etmək həmişə sizin həyatinızda mühüm yer tutur. Təbii ki, yuxularin pis və yaxşı olması sizin gündəlik əhvalmıza güclü təsir edir. Siz pis yuxular görəndə ona qarşı təcili mübarizə aparmaq istəyirsiniz. Məsələn, nəzir verirsiniz.


9 xal və ondan aşağı:
Sizin yuxulara münasibətiniz çox fərqiidir. Belə ki, siz ilk növbədə, yuxulara inanmır, heç onlara ciddi də yanaşmırsınız. Deməli, sizin həyatınizda yuxulann rolu heç bir əhəmiyyət kəsb etmir. Deyəsən, elə ona görə də siz az yuxular görürsünüz. Yalnız təsadüfi hadisələr sizin yuxulara olan münasibətinizi dəyişdirə bilər.
ƏTRAFLI
Unknown

Tac Mahal haqqinda

Tac Mahal
Tac Mahal Haqqında

Dünyanın əsrarəngiz və əvəzsiz möcüzələrindən biri olan <i><b>Tac Mahal</b></i> öz füsünkar gözəlliyi və sevgi simvolunu əks etdirdiyinə görə dillər əzbərinə çevrilmişdi. Bunuda etiraf etməliyik ki, hər il sevgi abidəsini görməyə gələn turistlər onun möhtəşəmliyi qarşısında sözsüz qalırlar. <i><b>Tac Mahalın</b></i> möcüzəyə çevrilməsinin səbəbi ilk öncə onun bir insana olan vurğunluğun daş üzərinə köçürülüb əsirlər boyu unudulmayan xatirəsindən ibarətdir. Həyat yoldaşına olan sevgisini əbədiləşdirməyə qərar verən Cahan şah uşaq dünayaya gətirəkən həyatını itirən həyat yoldaşı olan Mumtaz Mahala olan duyğularını bir çox xalqın nümayəndələrindən ibarət tikinti ustalarını bir yerə cəmləşdirərək ezazkar məbədin tikilməsi ilə verdiyi qərarda sübutuna çatdı. Tarixi qaynaqlarda tikinti icraçıları İsmayıl Əfəndi, Ustat İsa, Abdul Kərim və başqalarının tikintinin konstruksiyasında verdiyi töhfələr qeyd olunur.
Hindistanın Aqra adlı şəhərində yerləşən bu abidə Babur (Mugal) imperyası zamanı Cahan Şah tərəfindən həyat yoldaşı Mumtaz Mahalın xatirəsini əbədiləşdirmək üçün tikdirilmişdi. Tac özündə İslam, İran və Hind arxitekturasının çalarlarını əks etdirir. Tacın tikintisinə təxminən 1632-ci ildə başlanılmış və 1653 tamamlanmışdır. Torpaq üzərində 3 acra qazılmışdı. Su səviyyəsində 50 m yüksəklikdə yerləşən Tacın tikintisi üçün istifadə olunan materiallar Asiya və Hindistanın müxtəlif regionlarından alınmışdı.Yarımşəffaf ağ mərmər Hindistanın Racistan, tünd isə Pəncab villayətindən, kristal Çindən gətirilmişdir. Tikintidə istifadə olunan daş-qaşlardan- firuzə Tibetdən, safir Şrilankadan və digər daşlar başqa ölkələrdən buraya cəlb olunmuşdu.Abidənin tikilmə strukturunu bütöv daşlar təşkil etdiyi halda üzəri güzgü ilə işlənilmişdi. Deyilənlərə görə burada minlərcə insan əməyindən yararlanmış hətta 1,000 mln fil tikinti zamanı nəqliyyat vasitəsi kimi istifadə edilmişdi. Binanın tikintisinin maliyyə dəyəri hind pulu ilə 32 mln rupi təşkil edildiyi bəzi qaynaqlarda vurğulanır.
Rəvayətlərdə deyilir ki, Cahan Şah öz xanımına o qədər vurğun imiş ki, səfərlərə getdiyi zaman çox vaxt onu da özü ilə aparırmış, demək bu sənət əsəri öz özəlliyini sadəcə ölməz məhəbbət nümünəsi kimi bir obraz yaratmaqla qoruyub saxlamışdı. Hətta həyat yoldaşından kənarda olmaması üçün abidə ilə üzbəüz qara mərmərdən ibarət olan digər bir məqbərə tikdirib onları gümüş materialı körpü ilə əlaqələndirmək niyyətində imiş, lakin bu fantaktik ideya Cahan şahın ölümü ilə əlaqədar olaraq yarımçıq qalır və beləliklə Cahan Şah xanımının abidəsi ilə tarixə silinməz iz salır. Bəzi əfsanələrdə Cahan Şah abidənin özü üçün inşa etdirə bilməsədə lakin möcüzə olaraq ay işığında Tac Mahalın parlaq əksinin Yamuna çayının üzərinə düşərək orada qara mərmərdən tikilən eyni bir abidənin mövcudluğundan danışılır. Tac Mahalın müəyyən hava şəraitində müxtəlif görünüş funksiyasına sahib olması buranı ziyarət edən insanların hər zaman heyranlığına səbəb olub, məsələn dumanlı havada Tac Mahal sanki göy qatında duran sehirli abidə kimi görünür, günəşli havada isə onun üzərində olan qaşlar bərq vuraraq abidəni müxtəlif rəng çalarlarında olması ilə əks olunur.
Tac Mahal

Tac Mahal

Tac Mahal


ƏTRAFLI
Unknown

650 minlik avtomobil hansı məmurundur? - Onu maaşla almaq üçün 416 il işləmək lazımdır - FOTO

"Fabrik dəyəri 103 illik orta aylıq əmək haqqına bərabər olan avtomobil kimə məxsusdur?"

Qubad İbadoğlu öz şəxsi səhifəsində yazıb. 
İqtisadçı öz şəxsi səhifəsində yerli icra hakimiyyəti başçılarının birinə məxsus olduğu iddia edilən avtomobilin fotoşəklini paylaşaraq qeyd edib ki, şəkildə gördüyünüz super avtomobilin modeli Mercedes–Benz S Class olsa da Brabus şirkəti tərəfindən xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir:



"Sahibinin və ya istifadəçisinin kim olmasını bilmirəm. Bilən varsa yazsın maraqlı olardı. Yalnız onu deyə bilərəm ki, nömrə nişanına görə bu xidməti avtomobil Azərbaycan Respublikasının icra hakimiyyətinə məxsusdur və Bakıda dövlət qeydiyyatından keçib. Onu da əlavə edim ki, avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır. Bu avtomobilin yalnız fabrik satış qiymətini ödəmək üçün hazırkı məzənnə və orta aylıq əmək haqqı ilə ən azı 103 il, minimum əmək haqqı ilə 416 il işləmək lazımdır. Yeri gəlmişkən onu da qeyd edim ki, istismar müddəti 1 ildən az olan belə avtomobilin gömrük rəsmiləşdirilməsi üçün büdcəyə 287 min 695 manat 72 qəpik aksiz və əlavə dəyər vergisi də daxil olmaqla cəmi gömrük rüsumları ödənilməlidir. Görəsən bu maşını idxalı zamanı büdcəyə ödəniş olubmu?".
ƏTRAFLI
Unknown

Samsung Galaxy S9 və S9+

Yeni Samsung smartfonlarının qiymətləri məlum oldu

Jurnalist Even Blass yeni Samsung Galaxy S9 və S9+ smartfonların qiymətini açıqlayıb.

Blass bildirib ki, Galaxy S9-un qiyməti 841 avro (1750 manat) olacaq. S9+ smartfonu isə alıcılara 997 avroya (2070 manat) başa gələcək.
5,8 düym diaqonallı ekrana malik S9 və 6,2 düym ölçüdə ekrana malik S9+ əvvəlki nəsil smartfonlardan çox fərqlənməyəcəklər. 
Birinci model dörd giqabayt əməliyyat və 64 giqabayt quraşdırılmış yaddaşa, ikinci model isə müvafiq olaraq altı və 128 giqabayt yaddaşa malik olacaq.
Galaxy S9 və S9+ əsas üstünlükləri şəkil və videoların emalı üçün aparat və proqram təminatının yenilənməsdir.

Qeyd edilir ki, smartfonlar martın 16-dan satışa çıxarılacaq.

ƏTRAFLI